Sərnişin Liftləri
Yaşayış və kommersiya binaları üçün müasir dizaynlı liftlər

Sərnişin liftlərimiz yaşayış kompleksləri, ofis binaları, otellər və digər kommersiya obyektləri üçün nəzərdə tutulub. Müasir texnologiyalar, enerji effektivliyi və yüksək təhlükəsizlik standartları ilə təchiz edilib.
KasperLift MMC olaraq Bakıda və Azərbaycanın bütün bölgələrində sərnişin liftlərinin satışını, layihələndirilməsini və quraşdırılmasını həyata keçiririk. Liftlər beynəlxalq təhlükəsizlik standartlarına uyğundur, kabin dizaynı binanızın memarlığına uyğun fərdi seçilir. Quraşdırmadan sonra zəmanət və müntəzəm texniki xidmət təqdim olunur.
Texniki Xüsusiyyətlər
Əsas Xüsusiyyətlər
- Enerji qənaətli sürücü sistemi
- Səssiz işləmə texnologiyası
- Təhlükəsizlik sensorları
- Fərdi kabin dizaynı
- Smart çağırış sistemi
- Generatörlə işləmə imkanı
İstifadə Sahələri
Tez-tez Verilən Suallar
Sərnişin liftinin qiyməti nə qədərdir?
Qiymət liftin tutumundan, mərtəbə sayından, kabin dizaynından və texniki parametrlərdən asılıdır. Binanıza uyğun dəqiq qiymət üçün +994 50 209 64 40 nömrəsi ilə əlaqə saxlayın — pulsuz qiymət təklifi hazırlayırıq.
Liftin quraşdırılması nə qədər vaxt aparır?
Standart sərnişin liftinin quraşdırılması adətən 2-4 həftə çəkir. Müddət mərtəbə sayından, lift quyusunun hazırlıq vəziyyətindən və layihənin mürəkkəbliyindən asılı olaraq dəyişir.
Quraşdırmadan sonra zəmanət və servis verilirmi?
Bəli. Bütün liftlərimizə zəmanət verilir, quraşdırmadan sonra müntəzəm texniki xidmət və 24/7 təcili dəstək təklif edirik.